Krakov-2023: Anna finişə 3-cü çatdı
21.06.2023 - 13:07
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti qaçış zolağına çıxıb.
Qadınların 800 m məsafəyə qaçışında Anna Yusupova mübarizə aparıb. Məsafəni 2 dəqiqə 17,33 saniyəyə qət edən idmançımız B qrupunda 3-cü olub. Şəxsi rekorduna imza atan təmsilçimiz yekunda 10-cu yeri tutub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0