Krakov-2023 III Avropa Oyunlarında cüdo yarışları start götürüb.
Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə başlayan qarışıq komandalar bir dəst medalın sahiblərini müəyyənləşdirəcək.
Azərbaycan cüdoçuları da tatamı üzərinə çıxıb. Yığmamız yarışa 1/16 finaldan qoşulub.
Millimizin rəqibi Çexiya olub. Bu qarşılaşmaya Rəşid Məmmədəliyev (75 kq), Günel Həsənli (70 kq), Vüqar Talıbov (90 kq), Nigar Süleymanova (+70 kq), Camal Həmzətxanov (+90 kq) və Fidan Əlizadə (57 kq) çıxıb. Rəşid, Günel və Vüqar qələbələri sıralasa da, Nigar məğlubiyyətlə üzləşib. Camalın uğuru isə komandamıza qələbə gətirib – 4:1.
Millimiz 1/8 finalda Fransa ilə üz-üzə gələcək. Günül, Nigar, Vüqar və Camal öz görüşlərini uduzub. Nəticədə 0:4 hesablı məğlubiyyət alan millimiz Avropa Oyunları ilə vidalaşıb.
Qeyd edək ki, komanda yarışları bu gün başa çatacaq.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”