Krakov-2023: İlahədən 10-cu yer
22.06.2023 - 12:18
Krakov-2023 III Avropa Oyunları çərçivəsində keçirilən atletika üzrə komandalararası qitə çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, III divizionda çıxış edən Azərbaycan yığmasının daha bir üzvü qaçış zolağına çıxıb.
Qadınların 200 m məsafəyə qaçışında İlahə Quliyeva mübarizə aparıb. A qrupunda yer alan təmsilçimiz finişə 25,33 saniyəyə çatıb.
O, “səkkizlik”də sonuncu olub. İlahə yekunda 10-cu yeri tutub.
Qeyd edək ki, III divizionda yarışlara bu gün yekun vurulacaq.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0