Krakov-2023: Stend atıcılarımız mübarizəyə qoşuldu - FOTOLENT
24.06.2023 - 15:56
Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, stend atıcılığı üzrə qadınlardan ibarət Azərbaycanın yığması
təsnifat mərhələsinin ilk gününü başa vurub.
Skit növündə Regina Meftahəddinova 75 hədəfdən 70-ni dəqiq nişan alıb. O, 12-ci yeri tutub.
Nurlana Cəfərova isə 67 hədəfi dəqiq vurmağı bacarıb. İdmançımız 21-ci olub. Sabah təsnifatın ikinci günündə daha iki dövrədə mübarizə davam edəcək. İ
Qeyd edək ki, ilk səkkiz pillədə qərarlaşacaq idmançılar finala vəsiqə qazanacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0