Krakov-2023: Yığmamızdan ilk start
20.06.2023 - 12:15
Krakov-2023 III Avropa Oyunlarında atletika yarışlarına start verilib.
Apasport.az saytının məlumatına görə, 3-cü divizionda yer alan Azərbaycan yığmasının ilk təmsilçisi də mübarizəyə qoşulub.
Lamiyə Vəliyeva qadınların 400 m məsafəyə qaçışında çıxış edib. O, finişə 55,79 saniyəyə çatıb.
Lamiyə A qrupundakı “səkkizlik”də 5-ci olub. Atletimiz iki qrupun yekununda da 5-ci yeri tutub.
Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
0
0