Krunoslav Renduliç: “Bütün bunlara görə məşqçi məsuliyyət daşıyır“
29.09.2024 - 21:15
Krunoslav Renduliç: “Bütün bunlara görə məşqçi məsuliyyət daşıyır“

Misli Premyer Liqasının VIII turunun "Qarabağ" - "Sabah" matçından (3:2) sonra qonaqların çalışdırıcısı Krunoslav Renduliçin mətbuat konfransı keçirilib.

"Əvvəlcə "Qarabağ"ı təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Əfsuslar olsun ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və iki qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətindir. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol fürsətlərimiz olacaq. Təəssüf ki, iki əla qol fürsətini əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra oyunda geridönüş etmək də çətindir. Çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirək. Əfsuslar olsun ki, buna layiq ola bilmədik. Amma sabah yeni gün başlayır".

- Futbolçularınız təbrikə layiqdirsə, niyə ilk 10 dəqiqədə o cür səhvlər etdi?
- Əlbəttə ki, bütün bunlara görə məşqçi məsuliyyət daşıyır. Start heyətini mən seçirəm.

- Boyan Letiç bu gün iki asist etdi. Asistlər arasında liderdir. Amma müdafiəçinin işi tam bu deyil. Yarımmüdafiədə onun kimi məhsuldar oyunçunuz yoxdur?
- Niyə belə nəticəyə gəlirsiz ki, onun işi məhsuldar ötürmək vermək deyil? Qərarı mən verirəm ki, künc zərbəsini, standartları kim yerinə yetirəcək. Çox şadam ki, həqiqətən asist sayısında liderdir. Onun keyfiyyəti var və bunu davam etdirməlidir.

- "Sabah" ən çox top buraxan 3 komandadan biri, ən çox qol vuran komandadan ikisidir. Son oyunlarda Nicat Mehbalıyevin qapıda dayanması nə ilə bağlıdır?
- Mən elə məşqçi deyiləm ki, hər oyunçunu 2-3 oyundan bir dəyişim. O demək deyil ki, Yusif pis çıxış edib. Nicat çox yaxşı çalışır. Nicat dəyişikliyi etməmişdim. Sofianın yerinə İqoru da oynatmışdım. Bu faktdır. Çox qollar buraxırıq. Cəhd edirəm ki, nələrisə dəyişim.

0