"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 24-cü turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
Apasport.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da hər iki komanda üçün eyni idi. Asan deyildi. Çox çətin mübarizə oldu. Hər iki tərəfin müəyyən imkanları oldu. Şükürlər olsun ki, qələbə qazandıq".
- Oyundan öncə "Turan Tovuz" bəyanat yaymışdı ki, matçın ədalətli keçirilməsinə şübhə ilə yanaşırıq... Hakimliklə bağlı hər hansı problem, ya narazılıq olmadı ki?
- Hakimlik yaxşı idi. Hər şey qaydasında keçdi.
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq”
- XXXI turun təyinatları bəlli oldu
- Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
- "CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT