Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində "Sağlam həyat" günlərinə start verib.
Nazirlikdən apasport.az-a verilən məlumata görə, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetirirlər.
Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunur.
Qeyd edək ki, "Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO