Lənkəran klubu ölkə çempionatından kənarlaşdırıldı
27.03.2025 - 13:53
Lənkəran klubu ölkə çempionatından kənarlaşdırıldı

AFFA İntizam Komitəsi U-13 Qızlar Liqasında çıxış edən "Xan Lənkəran"ı yarışdan kənarlaşdırıb.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Həmin addıma komandanın heyətində "Şəfa" ilə qarşılaşmada yetərsayın olmaması səbəb olub.

Bölgə təmsilçisinə texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığından "Xan Lənkəran" turnirdən uzaqlaşdırılıb.