"Lill"in futbolçusu gəldi: Fransız futbolçu "Sabah"da
11.06.2026 - 19:40
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
APA "Sabah" klubuna istinadən xəbər verir ki, fransalı futbolçu Yunes Laşaab bundan sonra komandanın uğurları üçün çalışacaq.
21 yaşlı vinger Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb.
Müqaviləyə əsasən, “Sabah” Laşaabın transfer hüququnu özündə saxlayır.
“Lill” klubunun yetirməsi olan Yunes Laşaab son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub
- Azərbaycan millisinin dünya çempionatındakı növbəti rəqibi bəlli oldu
0
0