"Liverpul" - "Qarabağ" matçının hakimləri bəlli olub
26.01.2026 - 13:14
İngiltərədə "Liverpul" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.
Apasport.az xəbər verir, qarşılaşma slovakiyalı FIFA referisi İvan Krujlyaka tapşırılıb.
Onun köməkçiləri Branislav Hantsko ilə Yan Pozor olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.
VAR-da niderlandlı Pol van Boekel, AVAR-da Yan Boterberq əyləşəcəklər.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
0
0