"Tayfur döyüşün birinci raundunda qalib gəlmişdi. Raundun axırında zərbə buraxdı. Zərbə bir az ağır alındı".
Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev deyib.
Təcrübəli mütəxəssis Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə yığmanın üzvləri Tayfur Əliyev (57 kq) və Lorenzo Sotomayorun (69 kq) Tokio Olimpiadasında çıxışını dəyərləndirib: "İkinci raundda döyüş öz xarakterini dəyişdi. Bəli, razıyam, Tayfur bu raundu uduzdu. Üçüncü raunddan bir qədər narazıyıq. Bu raundda hər iki tərəfə qələbə vermək olardı. Tayfur ikinci raundu əldən verməsə, qalib gələ bilərdi. İkinci raund elə davam etdi ki, bu hesabdan geri-dönüş alınmadı. Lorenzo isə daha yaxşı döyüşə bilərdi. Üçüncü raundda boksçumuzun döyüşündə müsbət dəyişiklik vardı, lakin qaşı zədələndiyi üçün hakimlər görüşü yarımçıq dayandırdılar".
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək