Romelu Lukaku dünya futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in G qrupunun 2-ci turu çərçivəsində keçirilən Belçika – Tunis oyununda dubl edən hücumçu rekordu təkrarlayıb.
Belə ki, komandasının 5:2 hesablı qələbəsinə 2 qolla töhvə verən forvard bununla da mundiallar tarixində iki oyun ardıcıl dubla imza atan ikinci oyunçu olub.
Sonuncu dəfə belə uğru 32 bundan öncə Dieqo Maradona qazanmışdı. Meksikada keçirilmiş DÇ-1986-da ardıcıl iki matçda rəqibləri iki dəfə məyus edən argentinalı o vaxt mütləq rekorda imza atmışdı.
Qeyd edək ki, Lukaku qrup mərhələsinin birinci turunda oynanılmış Panama matçında da 2 dəfə qol sevinci yaşamışdı.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb