Mbappe “Mançester Siti” ilə oyundan əvvəl məşqi buraxıb
09.12.2025 - 17:36
Mbappe “Mançester Siti” ilə oyundan əvvəl məşqi buraxıb

“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 6-cı turu öncəsi komandanın məşqini buraxıb.

Apasport.az xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. 

Madrid təmsilçisinin əsas qrup məşqlərində yarımmüdafiəçi Eduardo Kamavinqa da iştirak etməyib.

Mbappenin “Mançester Siti” ilə oyunu buraxacağı gözlənilir. 

Qeyd edək ki, “Real” – “Mançester Siti” matçı sabah, saat 00:00-da start götürəcək və oyun “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.