“Azərbaycanda olmaqdan xoşbəxtəm. Mən bilirəm ki, siz bu oyunlara yüksək səviyyədə hazırlaşmısınız. Biz düşünürük ki, bu ən yaxşı MDB oyunları olacaq”.
Apasport.az xəbər verir ki, bunu III MDB Oyunlarında iştirak etmək üçün ölkəmizə gələn Özbəkistan U15 milli komandasının direktoru Nuriddin Maxmudov deyib.
“Biz bu oyunlara 2 ildir ki, hazırlaşırıq. Ən yaxşı gənc futbolcularımızı gətirmişik. U15 komandası ilə təmsil olunacağıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis yığması da III MDB Oyunlarında iştirak etmək üçün Azərbaycana gəlib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”