"İlk döyüşümü bolqarıstanlı Olimpiya çempionu İvet Qoranova qarşı keçirdim. Bu qarşılaşmada hesabda öndə idim. Hakimlərin ona adına görə əlavə xal verdiklərini düşünürəm".
Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına Azərbaycan karateçisi Mədinə Sadıqova deyib.
55 kq çəkidə III Avropa Oyunlarında qrup mərhələsində mübarizəni dayandıran idmançı bildirib ki, ikinci qarşılaşmasına yerli idmançıya qalib gəlsə də, Axırıncı görüşdə qurduğu plan alınmayıb: “Nəticədə məğlub oldum. Son döyüşdə çox tələsdim, özümü toparlayıb xal ala bilərdim. Rəqibin taktikası ilə döyüşdüyüm üçün yenildim".
Yarışda mübarizəni dayandıran Fidan Teymurova (50 kq) isə rəqiblərinin hamısının güclü olduğunu deyib: "Görüşlərdə taktiki səhvlər etdim. Buna baxmayaraq, qələbə də qazana bilərdim, taktiki səhvlərə görə uduzdum".
Qeyd edək ki, Avropa Oyunlarında karate yarışlarına bu gün start verilib.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib