“Çətin döyüş oldu. Rəqibim çox güclü idi. Əlimdən gələni etdim. Finala yüksəldiyim üçün çox xoşbəxtəm”.
Bunu apasport.az saytının Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarının yarımfinalında Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Azərbaycan boksçusu Məhəmməd Abduallayev (+92 kq) deyib.
Finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanın dünya çempionatının mükafatçısı bildirib ki, artıq növbəti hədəfi Fransada uğur əldə etməkdir: “Artıq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Olimpiadaya ciddi hazırlaşıb, qızıl medal qazanmağı düşünürəm. Ümumiyyətlə, həvəskar boksda güclü nəticələr göstərdikdən, həmçinin Olimpiadada medal qazandıqdan sonra peşəkar boksa keçməyi hədəfləyirəm. Finaldakı rəqibim barədə məlumatlıyam. Onunla İtaliyada təlim-məşq toplanışında sınaq döyüşlərdə gücümü yoxlamışam. Avropa Oyunlarında qızıl medala iddialıyam. Ümid edirəm ki, finalda qalib gələrək birinci olacaq, Azərbaycan xalqını sevindirəcəyəm”.
Qeyd edək ki, Abdullayev iyulun 2-də finalda böyük britaniyalı Delişes Ori ilə üz-üzə gələcək.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”