Məşhur insayder Qurban Qurbanovla bağlı paylaşım edib - FOTO
27.09.2024 - 11:11
Məşhur insayder Qurban Qurbanovla bağlı paylaşım edib - FOTO

Xəbər verdiyimiz kimi, dünən UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda keçirilən "Tottenhem" - "Qarabağ" (3:0) matçı tıxaca görə gec başlayıb. 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında tıxacın matça təsir etdiyini bildirib. 

Apasport.az xəbər verir ki, məşhur insayder Fabrizio Romano sosial media hesabında bu barədə paylaşım edib. 

Romano "Qarabağ"ın meneceri "Tottenhem"lə matçdan sonra tıxaca görə əsəbləşdi" başlıqlı paylaşımında Qurbanovun sözlərindən sitat gətirib: 

“Təsəvvür edin ki, iki saat yarımdan çox tıxacda qalmısınız. Bunu səbəb kimi göstərmək istəmirəm, ancaq belə olmamalı idi. Bizi müşayiət edən polis yox idi. Bu, oyunçularımıza böyük təsir göstərdi. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.

0