Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Xorvatiya ilə oyunun (0:3) yekunlarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
“Azarkeşlərdən üzr istəyirəm. Bu nəticəyə görə mən məsuliyyət daşıyıram. Çox üzgünəm, məğlubiyyəti qəbul etmək mənim üçün ağırdı. Xorvatlara qarşı gücümüzü göstərmək şansımız olmadı” – deyə, o bildirib.
Sampaoli komandada Messinin özünü nümayiş etdirə bilməsi üçün normal mühit formalaşdıra bilmədiklərini də sözlərinə əlavə edib: “Messi bu komandanın kapitanıdı, lideridi. Onun rahat futbolunu oynaması üçün yaxşı şərait yarada bilmədik”.
Qeyd edək ki, iki turdan sonra Argentina millisinin aktivində 1 xal var.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb