Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası beynəlxalq yarışda çıxışını başa vurub.
Apasport.az xəbər verir ki, iyunun 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində təşkil olunan “Bioderma Pro Beach Tour” açıq çempionatında ölkəmizi 3 qadın (Çinarə Quliyeva-Larisa Smeltsova, Fidan Əhmədxanova-Nərmin Səmədzadə, Lizi Latsabidze-Səbinə Əlizadə) və 2 kişi komandası (Vadim Kutukov-Heydər Məmmədli, Akşin Ağazadə-Fərda Dünyayev ) təmsil edib.
Qadınların mübarizəsində Çinarə Quliyeva-Larisa Smeltsova cütü uğurlu çıxışla yadda qalıb. Üç görüşdə qalib gələn təmsilçilərimiz turnirdə 5-ci yeri tutublar. Voleybolçularımız beynəlxalq reytinq xalları ilə yanaşı, pul mükafatı da qazanıblar.
Qeyd edək ki, yarışda ümumilikdə 23 qadın və 30 kişi komandası iştirak edib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”