Milli komandaya əcnəbi baş məşqçi - ÖZƏL
25.11.2023 - 10:14
Azərbaycan milli komandasının yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilir. AFFA-nın yerli, yoxsa əcnəbi mütəxəssisə güvənəcəyi isə daha maraqlıdır.
Apasport.az saytına verilən məlumata görə, böyük ehtimalla milli komandamızı yerli mütəxəssis çalışdırmayacaq.
Əldə etdiyimiz məlumata görə, milli komandanın baş məşqçi postu Türkiyədən olan məşqçilərdən birinə həvalə olunacaq. AFFA məhz türkiyəli məşqçilər arasında seçim edəcək.
Bir neçə yerli mütəxəssisin adı milli ilə hallansa da, gözlənilən budur ki, milli türkiyəli məşqçiyə tapşırılacaq.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
0
0