Qadınlardan ibarət U-19 və U-17 yığmaları arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib. Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında millimiz 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2024-cü ilin 3, 6, 9 aprel tarixlərində Latviyada təşkil olunacaq. İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaq.
Final mərhələsi 2025-ci ildə İsveçdə təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Millimiz B Liqasında Bolqarıstan, Sloveniya və Moldova yığmaları ilə birlikdə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları gələn il 14, 17, 20 mart tarixlərində Bolqarıstanda keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ