Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq
01.12.2025 - 09:56
Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu matçına çıxacaq

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçına çıxacaq.

Apasport.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyun Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.

Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.