
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Millimizin start heyəti: 12. Nurəziz Əzizov, 4. Rəşad Gülüşov (k), 15. Uğur Qurbanlı, 20. Kamil Həsənov, 2. İsmayıl Səfərli, 19. Amin Rzayev, 17. Allahverdi Şirinov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 11. Pünhan Kərimov.
Qeyd edək ki, millimiz turnir çərçivəsində son matçını aprelin 19-da, Bakı vaxtı ilə saat 12:00-da Estoniya yığmasına qarşı keçirəcək.
- "Qarabağ" - "Sabah" matçı tarixə düşüb
- “Sabah” ölkə kubokunu qazanan 10-cu komanda olub
- Azərbaycan Kuboku: Final oyununda son iki mövsümün rekordu qeydə alınıb
- Ayxan Abbasov: "Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur"
- UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub