Millimiz İraqla qarşılaşıb
20.11.2026 - 19:52
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığma İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanıb.
Matç Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
0
0