Millimiz mundialı 4 medalla başa vurdu
01.09.2024 - 12:58
Millimiz mundialı 4 medalla başa vurdu

Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatı sona çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması mundialı 4 medalla başa vurub.

Millimizin heyətində Nihad Məmişov (55 kq) və Cəsur İbadlı (73 kq) qızıl, Məhəmmədəli Hüsiyevla (50 kq) Mehdi Abbasov (81 kq) isə bürüncə yiyələnib. Ölkəmiz komanda hesabında 2-ci yeri tutub. Yaponiya (2-1-0) 1-ci, Fransa (1-3-4) isə 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 7 cüdoçu ilə təmsil olunub.

0