Millimiz Portuqaliyadakı turnirə qatılacaq
20.03.2024 - 12:51
Aerobika gimnastikası üzrə Azərbaycan millisi Portuqaliyanın Kantanhede şəhərində təşkil olunacaq “12-ci Cantanhede beynəlxalq açıq yarışı”na qatılacaq.
Apasport.az xəbər verir ki, baş məşqçi Mariyan Kolevin rəhbərliyi altında 10 gimnast turnirdə mübarizə aparacaq.
Bunlar Arzu Ağayeva, Leyla Bejanova, Sənəm Kazımova, Sara Əlixanlı, Dilarə Qurbanova, Fidan İbrahimova, Leyla Əhmədova, Evelina Kozlovskaya, Məryəm Topçubaşova və Xədicə Quliyevadır.
Bu gün startı veriləcək yarış martın 24-dək davam edəcək. Beynəlxalq dərəcəli hakim Lalə Hüseynova da turnirdə Azərbaycanı təmsil edəcək.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
0
0