Ölkəmizdə keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
Apasport.az xəbər verir ki, fərdi çoxnövçülükdə qaliblər müəyyənləşib.
Azərbaycan gimnastları 9 (1 qızıl, 3 gümüş, 5 bürünc) medal qazanıblar. Böyüklər arasında komandamızın üzvü İvan Tixonov qızıl, Nazənin Teymurova gümüş, Rəsul Əhmədzadə isə bürünc medal qazanıb.
Gənclər arasında Xədicə Abbaszadə və Aydın Əlizadə bürünc medallara sahib çıxıblar. Yeniyetmələr arasında İlham Salayev və Leyla Məmmədzadə gümüş, Hüseyn Qəhrəmanov və Albina Aliyeva bürünc medal əldə ediblər.
Qeyd edək ki, beynəlxalq turnirə sabah yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”