Millimizin baş məşqçisi Emre Belözoğlu ilə görüş keçirib
20.03.2025 - 16:03

21 yaşadək Azərbaycan millisi Antalyada təlim-məşq toplanışını davam etdirir.
Apasport.az xəbər verir ki, milli komandamızın baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.
Abbasov Türkiyə Super Liqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.
Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar.
Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.
- "Zirə"də yeni müqavilə: Rəşad Sadıqov braziliyalını buraxmadı
- Region Liqası: 1/4 finalın cütləri müəyyənləşib
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
- Aygün Kazımova və Aleyna Tilki dünya çempionatında səhnə alacaqlar
- "Trabzonspor"dan "Traktor"a dəstək: "Azərbaycan türklərinin qüruru" - FOTO
0
0