UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının hazırlıq proqramı məlum olub.
Apasport.az xəbər verir ki, millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da "Neftçi" Futbol Mərkəzində məşq keçəcək.
Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya ilə oyunöncəsi son məşqə çıxaracaq.
Milli Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə paytaxta qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.
- ”Neftçi”də yeni əməkdaşlıq
- Ayxan Abbasov: “VAR olduğuna görə, belə epizodlar bağışlanmamalıdır” - MÜSAHİBƏ
- Qapıçı məşqçiləri üçün UEFA-nın yenilənmə kursları keçiriləcək
- "Neftçi"nin sabiq üzvü: "Abasovu komandaya qaytarmaq yaxşı addım idi"
- Azərbaycan Kuboku: 4 komanda 1/8 finala yüksəldi - YENİLƏNİB