Millimizin üzvü beynəlxalq turnirdə yarışacaq
24.01.2024 - 15:18
Fiqurlu konkisürmə üzrə yığma komandamızın üzvü Səbinə Əliyeva Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz qardaş ölkədə təşkil olunan beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Səbinənin turnirdə 28 konkisürən arasında yarışacağı gözlənilir. O, sabah qısa proqram, ertəsi gün isə sərbəst çıxış üçün buz üzərinə çıxacaq.
Qeyd edək ki, İzmirin ev sahibliyi etdiyi yarış “Ephesus Cup” adlanır.
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
0
0