"Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirilən oyundan sonra deyib.
O, rəqibin güclü futbolçulardan təşkil olunduğunu bildirib:
“Rəqibin gücü bəlli idi. Doğma azarkeşlərimiz önündə sərfəli nəticə qazanmağa çalışdıq. Lakin Portuqaliya yığması bizi səhvlərə məcbur edirdi. Düşünürəm ki, ikinci hissəyə daha yaxşı başladıq, qol da vurduq. Ondan sonra qızlarda tələskənlik yarandı, ikinci qolu vurmağa can atdılar. Ancaq səhvlərə yol verdik və dördüncü qolu buraxdıq. Nəticə bizi məyus etdi. Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı”.
Baş məşqçi cavab oyunu barədə də fikirlərini bölüşüb: “Bugünkü matçı komanda olaraq müzakirə edəcək, səhvlərimizi düzəltməyə çalışacağıq. Bu gün hesab ürəkaçan olmadı. Portuqaliyaya minimum heç-heçə üçün yollanacağıq”.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz oktyabrın 29-da Vizelada cavab matçına çıxacaq.
- "Qarabağ" azarkeşlərini kədərləndirən xəbər : Juninyonu izləməyə gəlirlər
- “Araz-Naxçıvan”ın daha bir futbolçusu məşqlərə başlayıb
- "Neftçi" - "Qarabağ" oyununun hakim təyinatları bəlli oldu
- Abdullah Zubir: “Qarabağ”la Çempionlar Liqasında oynamaq istərdim”
- Acunun komandası baş məşqçi ilə yollarını ayırıb