Millinin baş məşqçisi: "Qazanılan qələbə gələcək üçün inam verdi"
24.01.2026 - 22:29
Millinin baş məşqçisi: "Qazanılan qələbə gələcək üçün inam verdi"

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığma Danimarka ilə üz-üzə gəlib. Görüş millimizin qələbəsiylə başa çatıb – 4:2.

Millinin baş məşqçisi Yevgeni Kukseviç matçı belə şərh edib:

“Bu iki oyun bizə böyük təcrübə qazandırdı. Oyun intizamını düzəltməyə çalışdıq. Çünki intizam bizim üçün vacib məqamdır. Bugünkü oyunda bunu 90 faiz bacardıq. Oyunçuların əksəriyyəti gəncdir, çılğındır, bəzən emosiyalarını boğa bilmirlər. Bu da tədricən nizamlanacaq. İstedadlı, perspektiv vəd edən futzalçılarımız var. Onların gələcəkdə daha yaxşı olacaqlarına əminəm. Təcrübəli futzalçılarla birgə möhkəm kollektiv quracağıq. Qazanılan qələbə gələcək üçün inam verdi, özünəinamı artırdı.

İlk oyundan sonra rəqibə uyğun olaraq taktiki planda müəyyən dəyişiklik etdik. Futzalçılarla fərdi söhbətlər də apardıq. Ən əsası, intizam məsələsinə diqqət yetirdik. Təbii ki, bunlar tədricən düzələcək”.