Millinin KİV üçün açıq məşqi keçiriləcək
04.03.2025 - 14:21
Millinin KİV üçün açıq məşqi keçiriləcək

AVRO-2026-nın əsas mərhələsi çərçivəsində martın 11-də səfərdə Yunanıstan yığması ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi hazırlığını Bakıda davam etdirir.

Martın 7-də Olimpik Starda millinin KİV üçün açıq məşqi olacaq. Saat 11:40-da baş məşqçi Vitali Borisovun və futzalçıların iştirakı ilə brifinq keçiriləcək, saat 12:00-da start götürəcək məşq prosesinin isə ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan matçı Afinadakı “Dais Sports Hall”da, saat 21:00-da keçiriləcək.