“Mingəçevir” doğma şəhərinə qayıdır
24.02.2025 - 21:25
"Mingəçevir" ev oyunlarını yenidən doğma şəhərdə keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın ehtiyat meydançası artıq hazır duruma gətirilib.
"Nur şəhəri" təmsilçisi bir müddət ev oyunlarını burda keçirəcək. Kollektiv I Liqanın XVI turunun "Difai" ilə matçına Yaşar Məmmədzadə adına şəhər stadionunun süni örtüklü ehtiyat meydançasında çıxacaq.
Qeyd edək ki, "Mingəçevir" son iki turda Zaqatala Olimpiya İdman Kompleksinin stadionundan istifadə edib.
- UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən futzal yarışı başa çatıb
- “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq”
- XXXI turun təyinatları bəlli oldu
- Azərbaycan futbolunda həlledici qərar: Premyer Liqa pley-offunda limit olmayacaq
- "CBC Sport" yarımfinal matçını niyə yayımlamayıb? - RƏSMİ BƏYANAT
0
0