Futbol üzrə Azərbaycan I Liqasında 2025/26 mövsümünə yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma baş tutub.
Turun mərkəzi görüşü Mingəçevirdə baş tutub. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, "Mingəçevir" mövsümü 2-ci pillədə başa vurub və Premyer Liqaya yüksəlmək üçün "Qəbələ" ilə pley-off matçına çıxacaq.
I Liqa
XXVII tur
22 may
"Şahdağ Qusar" - "Baku Sportinq" 1:1
Qollar: P.Aqblevor, 46 - E.Tağıyev, 29
"Mingəçevir" - "Səbail" 4:1
Qollar: E.Bayramov, 14, E.Mustafayev, 29, Ə.Eyubov, 53, K.Quliyev, 90+2 (pen) - Q.Səfərov, 42
Qırmızı vərəqə: F.Məmmədli, 77, L.Rzayev, 85 (hər ikisi "Səbail")
"Zaqatala" - "Şəfa" 2:1
Qollar: S.Abdullayev, 49, M.Məmmədov, 53 - İ.Əliyev, 10