“Mingəçevir reqatası-2023”: Azərbaycan yığmasından 20 medal
28.10.2023 - 12:57
“Mingəçevir reqatası-2023”: Azərbaycan yığmasından 20 medal

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir reqatası-2023” beynəlxalq turniri başa çatıb. 

Apasport.az xəbər verir ki, 8 ölkədən 14 komandanın iştirakı ilə təşkil edilən reqatada Azərbaycan komandası ümumilikdə 20 medal qazanıb. 

Onlardan 8-i qızıl, 4-ü gümüş, 8-i isə bürünc əyarlıdır. Həmçinin komanda hesabında qazanılan medal nisbətinə görə Azərbaycan kayak və kanoe növündə “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinin kubokuna sahib olub. Akademik avarçəkmədə isə kubok Gürcüstan komandasına təqdim edilib.
 
Qeyd edək ki, “Mingəçevir reqatası” ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.
 

0