“Mingəçevir”də növbəti ayrılıq
11.02.2025 - 21:40
![“Mingəçevir”də növbəti ayrılıq](https://ww3.apasport.az/storage/news/2025/february/11/big/67ab8c2538fe267ab8c2538fe3173929578167ab8c2538fb067ab8c2538fe1.jpeg)
“Mingəçevir” daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Elnur Mirzəyevlə vidalaşdığını açıqlayıb.
Mövsümün əvvəlində komandaya qoşulan futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, I Liqa təmsilçisi daha öncə 6 oyunçusu ilə yollarını ayırıb. Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla da müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
0
0