Misli Premyer Liqasında komanda sayı artırılacaq
03.02.2025 - 21:59
Misli Premyer Liqasında komanda sayı artırılacaq

AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.
 
Apasport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub.

2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

0