
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) binasında Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) nümayəndə heyəti ilə görüş olub.
Apasport.az xəbər verir ki, toplantıda qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, ETWF-nin prezidenti Ralf Brauninger, baş katibi Anders Andersson, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri Elnur Şıxəliyev iştirak ediblər.
Görüş zamanı Azərbaycanda kəndirdartma idman növünün inkişafı istiqamətində görülən işlər, ETWF ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.
- Azərbaycan çempionatının qalibi müəyyənləşib
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə