Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb və komissiyaya yeni üzv seçkisi məsələsinə baxılıb.
Səsvermə nəticəsində komissiyanın üzvü Təranə Abbasova (ağırlıqqaldırma) yerinə yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov seçilib.
Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcək.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub