Martın 18-də Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un Atletlər Komissiyasının iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclası giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının fəaliyyəti haqqında məlumat verib.
Toplantında komissiyanın yeni tərkibi müəyyənləşib. 2025-2028-ci illər dövrü üçün Rüstəm Orucov (cüdo) komissiyanın sədri, Fəridə Əzizova (taekvondo) sədr müavini, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Təranə Abbasova (ağırlıqqaldırma), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri seçilib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”