Murad Musayevə “Şinnik”dən təklif
13.12.2023 - 13:10
"Sabah”ın baş məşqçisi Murad Musayev Rusiyanın "Şinnik" klubundan təklif alıb.
Apasport.az xəbər verir ki, klubun idman koordinatoru Aleksandr Pobeqalov mütəxəssislə görüşmək üçün Azərbaycana gəlib.
“Şinnik” rəhbərliyi postundan uzaqlaşdırılan Dmitri Xomuxanın yerinə məhz Musayevi gətirməyi planlaşdırır. "Şinnik"in baş direktoru Xalimcan Xayrulin idman koordinatorunun Azərbaycana səfər etdiyini təsdiqləyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.
Qeyd edək ki, Musayev Rusiyanın digər klubu “Alaniya”dan da təklif almışdı.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ
1
0