Mustafayev oynadı, komandası məğlub oldu
02.03.2025 - 09:52
Mustafayev oynadı, komandası məğlub oldu

Ukrayna Premyer Liqasında XIX turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Emil Mustafayevin şərəfini qoruduğu "Çernomorets" də növbəti matçına çıxıb.

Komanda "Levıy Bereq"i qəbul edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə nəticələnib - 1:0.

Həmyerlimiz görüşə meydana start heyətdə çıxıb. O, 53-cü dəqiqədə sarı vərəqə alıb və 73-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki,  “Çernomorets” turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb.