“Bu yarışı təşkil etdikləri üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Kamandan Oxatma Federasiyasına təşəkkürümü bildirirəm. İnanıram ki, bu idman növü ölkəmizdə daha da inkişaf edəcək”.
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycanın kamandan oxatma millisinin baş məşqçisi Natiq Fazilov ölkə birinciliyinin final mərhələsindən sonra jurnalistlərə açıqlamasında deyib.
Məşqçi həmçinin bildirib ki, iki gün sonra milli komanda dünya çempionatında iştirak etmək üçün Koreyaya yollanacaq: “Əsas məqsədimiz sentyabr və oktyabr aylarında ölkəmizdə keçiriləcək III MDB Oyunlarında uğurlu çıxış etməkdir. Bu yarışda kamandan oxatma üzrə ən azı iki medal qazanmağı hədəfləyirik”.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”