"Çox məyusuq, çünki biz bu yarışa komanda şəklində çox yaxşı hazırlaşmışdıq. Medal şanslarımız çox böyük idi. Hətta deyərdim ki, Ermənistanda himnimiz oxuna bilərdi".
Apasport.az-ın məlumatına görə, bunu Ermənistanın paytaxtı İrəvandan qayıdan qadın ağırlıqqaldıranımız Nazilə İsmayılova deyib.
O bildirib ki, ermənilər cüdoçu Elmar Qasımovdan sonra İrəvanda 2-ci dəfə Azərbaycan himninin səslənmək ehtimalına dözə bilməyiblər: "Mənə elə gəlir ki, Ermənistan xalqı 2-ci dəfə Azərbaycan himninin orda oxunmasına etiraz əlaməti olaraq belə bir təxribat törətdi. Bu da onların bizdən necə qorxduqlarını sübut edir. İnşallah, gələn yarışlarda biz daha yaxşı çıxış edəcəyik, gücümüzü sübut edəcəyik.
Heç bir təhlükəsizliyimiz də təmin olunmadı. Axşam saatlarında hoteli tərk etmək istədikdə, dedilər ki, biz sizin təhlükəsizliyinizi təmin edə bilmərik, ona görə də buradan çıxmayın. Səhəri gün sağ olsunlar ki, rəhbər şəxslər vasitəsilə Vətənə sağ-salamat qayıtdıq".
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib