
Azərbaycan millisinin sabiq hücumçusu, məşqçisi Nazim Əliyev apasport.az saytına müsahibə verib.
- Azərbaycan milli komandasının Haiti və Belarusa məğlubiyyətini necə şərh edərdiniz? Millimiz nəyə görə bu cür uğursuzluğa düçar oldu?
- Təbii ki, hamımız daha yaxşı olmasını istəyirik. Məğlubiyyətlər bizim üçün üzücüdür. Açığı, mən də bu oyunlarda yaxşı nəticələr gözləyirdim. Amma fikirləşirdim ki, asan olmayacaq. Çünki rəqiblər asan komandalar deyil. Təəssüf ki, belə nəticələr qeydə alındı. Demək ki, götür-qoy etməli olduğumuz məsələlər var.
- Azərbaycan millisini bu durumdan kim və nə çıxara bilər? Fernandu Santuşu postundan göndərmək çıxış yoludur?
- Bəli, məşqçiyə vaxt lazımdır. Amma nəsə etmək lazımdır. Az zaman da deyil ki, buradadır. Ümid edək ki, Fernandu Santuş milliyə ilk qələbəsini qazandıracaq. Çünki yaxşı oyunçularımız var. Onlarla nəsə etmək olar. Legioner məşqçini gətirmişik, bu qədər oyun ard-arda uduzuruqsa, ondansa yerli məşqçiyə uzunmüddətli güvənmək olar. Yerli futbolçuların psixoloji və ümumi durumların yerli məşqçilər daha yaxşı bilir. Bu cür addım da atmaq olar.
- Azərbaycan millinin əvvəlki illərlə fərqi nədir? Sanki əvvəllər milli hətta böyükhesablı məğlubiyyətlərdən sonra bir oyunda geridönüş edib qalib gəlirdi. İndi isə milli bunu heç cür edə bilmir. Komandada lider görünməməsinin təsiri var?
- Bilirsiz, bir qələbə millimizdəki əhval-ruhiyyəni, inamı da dəyişə bilər. Bu heç, orası elədir. Bir qələbə lazımdır. O olduqdan sonra davamı gələ bilər. Çünki oyunlar zamanı şanslar yaradırıq. Hər halda, nəticələr belədir, Santuşla uduzuruq. Halbuki yaxşı olmalıyıq. Qarşıdakı görüşlərdə uğurlu olacağımıza inanmaq istəyirəm.
- Milli komandamızı qarşıda DÇ-2026-da Ukrayna, İslandiya və Fransa ilə görüşlər gözləyir. Bu oyunla haqda hansı fikirdəsiz? Millimizin bu qrupda nə etməyə gücü çatacaq?
- Ağır qrupdur. Amma mümkünsüz heç nə yoxdur. Təbii k, onlarla oynamaq olar, xal qazanmaq mümkündür. Görək də, necə olacaq. Çətin olacağı dəqiqdir. Oyunlar hər şeyi göstərəcək. Ardıcıl məğlubiyyətlərə görə belə ağır qrupdan yaxşı nəticələrlə ayrılmaq çətin olacaq.
- 20 il əvvəl "Oser faciəsi" baş vermişdi. Bu dəfə də bunun təkrarlana biləcəyindən narahat olanlar var. Sizin fikriniz necədir?
- İndiki vaxtla o vaxtki dövr bir deyil. Hazırda milllimiz üçün çox yaxşı şərait yaradılıb, hər cür şərait var. Ümid edək ki, uğursuz nəticə olmayacaq. Fransa ilə görüşdə də yaxşı olar. Həmin oyunu xatırlayıram. Milli əlindən gələni etmişdi. Amma Fransa yığması çox güclü idi, heyətində güclü oyunçular var idi. İndi də belədir. Nə deyim, ümid edək ki, bu dəfə elə olmayacaq.