Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) avarçəkənlərin Neftçalada təlim-məşq toplanışını təşkil edəcək.
Apasport.az saytının məlumatına görə, sentyabrın 9-da saat 12:00-da baş tutacaq toplanış Axmaz göl su hövzəsində keçiriləcək.
Bununla həm də AKAF-ın Axmaz göl su hövzsində yaradacağı bazanın açılışı olacaq.
Qeyd olunan filial Neftçala Olimpiya Kompleksinin nəzdində fəaliyyət göstərəcək. Filialın istifadəyə verilməsi ilə Neftçala və ətraf rayonlarda yaşayan yeniyetmələrə bu idman növü ilə məşğul olmaq üçün əlverişli şərait yaranacaq.
AKAF-ın əsas prioritetlərindən biri ölkə ərazisində yeniyetmə və gənclər arasında avarçəkməni əlçatan etməkdir. Neftçalada istifadəyə veriləcək yeni filial da gələcək planlar çərçivəsindədir.
Qeyd edək ki, AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu kimi təlim-məşq toplanışları keçirməyi nəzərdə tutub.
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
- “IRONMAN 70.3 Baku”: Finişə ilk çatan idmançı müəyyənləşib - FOTO
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib