
Xəbər verdiyimiz kimi, “Neftçi” Lukas Melano ilə yollarını ayıracaq.
Apasport.az saytına verilən məlumata görə, yeni məşqçilər korpusu da argentinalının xidmətində maraqlı deyil. Sadəcə futbolçu hazırda heç bir klubla razılıq əldə edə bilmir. O, məşqsiz qalmaması, yeni sezona tam hazır olması üçün klubla razılıq əldə etmişdi.
Melanonun İndoneziya klublarından birinə keçəcəyi gözlənilirdi. Lakin hələ ki, tərəflər arasında razılıq əldə edilməyib. Hazırda isə argentinalı hücumçu bir neçə klubla danışıq aparır, son qərar isə yoxdur.
Roman Qriqorçuk fikrini dəyişəcəyi və onun komandada qalmasını istəyəcəyi təqdirdə, “Neftçi” bunu etmək hüququna malikdir. Belə ki, ötən mövsüm Bakı klubu Melano ilə 1+1 illik şərtilə müqavilə imzalamışdı. 31 yaşlı futbolçunun “Neftçi”də qalacağı, yoxsa ayrılacağı yaxın günlərdə dəqiqləşəcək.
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb