"Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir
01.04.2025 - 16:20
"Neftçi" Meza Kollidən imtina etdi: "Ağ-qaralar" almaniyalını hədəfləyir

"Neftçi" yay transfer pəncərəsi ilə bağlı planlarını hazırlamağa başlayıb.

Apasport.az saytına verilən məlumata görə, klub yarımmüdafiə xəttini ciddi şəkildə gücləndirmək niyyətindədir.

Buna səbəb Emin Mahmudovun tez-tez zədələnməsi və heyətdə meydanda fərq yarada biləcək yaradıcı oyunçu olmamasıdır.

"Ağ-qaralar"a bu mövqedə Sezar Meza Kollinin xidməti təklif olunub. Lakin komandanın baş məşqçisi Samir Abasov onun çıxışından məmnun deyil və bu transferdən imtina edib.

Əvəzində isə paytaxt təmsilçisi gözünü "Şamaxı"nın kapitanına dikib. "Neftçi" Leroy Mikelslə ciddi şəkildə maraqlanır.

Bakı klubu onu yayda rənglərinə bağlamaq niyyətindədir. Futbolçunun özü təklifə hələ ki, cavab verməyib.

O, mövsümü "Şamaxı"da başa vurmaq barədə düşünür. Almaniyalı yalnız sezon sonunda yeni təkliflərlə bağlı qərarını verəcək.

Qeyd edək ki, onun klubla müqaviləsi yaya qədərdir.